Rejissor "günahlarını yumaq üçün" cəbhəyə gedir?

“Yeralaş” kinojurnalının keçmiş direktoru İlya Belostotski, yeniyetməyə qarşı nalayiq hücumda ittiham olunaraq altı il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.

SİA-nın əldə etdiyi məlumata görə, MSK1.RU-ya onun bacısı danışıb.

Noyabrın 5-də Belostotski sosial şəbəkələrdə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını açıqlayıb

O, anasına və ailəsinə onunla fəxr etmək fürsətini qaytarmaq istəyir.

Və ona görə də “könüllü” olaraq Ukraynada döyüşlərə qatılır.

Qeyd edək ki, İlya Belostotski “Yeralaş” kinojurnalının və “Sled” televiziya serialının ssenaristi, prodüseri və rejissoru olub.

O, rejissor kimi son filmini Vladislav Krapivinin hekayəsi əsasında “Buynuzlu vikinqlərin uçuşu”nu 2018-ci ildə çəkib.

2020-ci ilin noyabrında Belostotski 14 yaşından kiçik uşağa qarşı cinsi təcavüz ittihamı ilə həbs edilib. Müstəntiqlərin fikrincə, 2018-ci ilin noyabrında direktor Moskvadakı mənzilində tanıdığı, “müqavimət göstərə bilməyən və baş verənləri başa düşə bilməyən” oğlana qarşı cinsi təcavüz edib.

2022-ci ilin iyulunda “Yeralaş”ın keçmiş direktoru 14 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib. İclas bağlı qapılar arxasında keçirilib, direktorun günahını etiraf edib-etmədiyi məlum deyil. Tezliklə Belostotskiyə qarşı ittiham yenidən təsnifləşdirildi və o, başqa bir maddə ilə - artıq 12 yaşı olan, lakin 14 yaşından kiçik bir yeniyetməyə qarşı nalayiq hərəkətlər haqqında ittiham edildi.

Və maraqlıdır ki, nəticədə Moskva Şəhər Məhkəməsi cəzanı yüngülləşdirib və Belostotskini 6 il yarım müddətinə azadlıqdan məhrum etdi.

İndi isə göründüyü kimi, o "günahlarını yumaq üçün" cəbhəyə getməyə qərar verib?..

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə