Rusiya məktəblərində mobil telefondan istifadəyə qadağa...

Dövlət Dumasının Təhsil Komitəsi məktəblilərin dərs zamanı mobil telefondan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşuna düzəlişləri dəstəkləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə deputat Oleq Smolin məlumat verib.

Qeyd edək ki, əvvəllər təhsil proqramında nəzərdə tutulan hallarda telefonlardan istifadəyə icazə verilən bənd qanun layihəsindən çıxarılıb.

Dekabrın 1-də bununla bağlı dəyişiklik edilib.

Bu məqsədlə məktəblilərə məktəblilərə ayrıca qadcetlər veriləcək, lakin onlar şəxsi cihazlardan istifadə edə bilməyəcəklər,

Bunu rusiyalı millət vəkili deyib.

Telefonlar yalnız tələbələrin və müəllimlərin sağlamlığı üçün təhlükənin olduğu fövqəladə hallar zamanı istifadə edilə bilər. Bundan əlavə, deputatlar bütün məktəblərdə ibtidai və orta siniflərdə icbari əmək dərsinin tətbiqini nəzərdə tutan düzəlişi ayrıca nəzərdən keçirirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə