Rusların silah-sursat anbarı məhv edilib

Ukrayna Müdafiə Qüvvələri Luqansk vilayətinin Svatovski rayonunda silah-sursat anbarını və Rusiya texnikasını məhv edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Luqansk Vilayət Polis İdarəsinin rəisi Artem Lısoqor məlumat verib.

Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələrinin Donetsk və Luqansk vilayətləri üzrə Baş İdarəsinin əməkdaşları Svatovski rayonunda döyüş təmas xəttində rusların döyüş sursatı anbarının və zirehli texnikasının yerləşdirilməsi barədə kəşfiyyat məlumatı alıblar.

“...İki gecə PUA-nın döyüş əməliyyatları nəticəsində hədəflər uğurla vurulub", - məlumatda deyilir.

Verilən məlumatlara görə, rusların texnikasına vurulan zərbələr video vasitəsi ilə də görüntülənib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə