Məhkumların qırxıldığı koloniyanın rəhbərinə qarşı iş açılıb

Ruiyanın Primorsk diyarında 10 saylı qadın islah koloniyasının rəisi Oksana Qritskovaya qarşı cinayət işi açılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq işdən uzaqlaşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bölgənin İctimai Nəzarət Komissiyasının keçmiş üzvü Denis Djenjer xəbər verir.

Qeyd edək ki, bu il sentyabrın sonunda koloniyadakı bütün məhbusları “bitinvar” bəhanəsi ilə zorla basıb qırxıblar. Onların bir neçə gün ərzində kənd təsərrüfatı sahələrini müalicə etmək üçün istifadə edilən kreolin zəhəri ilə də zəhərləndiyi bildirilir.

Ümumilikdə 50-yə yaxın qadını təraş ediblər. Daha sonra pedikulyoz epidemiyasının olmaması təkcə prokurorluq, Federal Penitensiar Xidmətin tibb bölməsi deyil, həm də 10 saylı İslah Koloniyası rəhbərliyi tərəfindən də təsdiqlənib.

...Məhkumların hüquq müdafiəçilərinə şikayətindən sonra koloniyanın rəisi, daxili xidmət polkovniki Oksana Qritskova təhdid və təhqirlərlə, o cümlədən etnik zəmində zərərçəkmişləri guya intihara meyilli olduqları barədə sənədə imza atmağa məcbur edib, bundan sonra məhkum qadınlar əməyin mühafizəsinə cəlb ediliblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə