Alimlər qlobal istiləşmənin 1,5 dərəcəni sürətlə keçəcəyini bildirərək dərəcə böyüklüyünü və müddətini ən aza endirmənin kritik önəm daşıdığına diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər İqlim Dəyişiklikliyi Çərçivə Sözləşməsi 28-ci partiya konfransında (COP28) sosial və təbii biliklər sahəsindəki alimlər və Simon Stiell İqlim sahəsinə aid 10 yeni hesabat açıqlayıb. İqlim tədqiqat təşkilatlarının birlikdə hazırladığı hesabata 24 ölkədən 67 tədqiqatçı qoşulub. Hesabat 2024 və sonrakı siyasətə məlumat vermək üçün sintezlənən son 18 ayın ən yeni və önəmli iqlim məlumatlarını əhatə edib. Alimlər Paris razılaşmasındakı "istilik artımını 2 dərəcənin altında və mümkünsə, 1,5 dərəcə ilə məhdudlaşdırma" hədəfində qalmaq üçün qalıq yanacaq istifadəsinin sürətlə azaldılmasına diqqət çəkiblər. Bundan başqa, alimlər buz dağlarının əridiyinin sürətləndiyini bildirərək iqlim risklərinin olduğu bölgələrdə "insan hərəkətsizliyinin" artdığını vurğulayıblar. UNFCCC-nin icraçı katibi Stiell iqlimdə 10 yeni hesabatın siyasətçilər üçün önəmli olduğunu dilə gətirib. Potsdam İqlim Təsirləri Araşdırma İnstitutunun direktoru Johan Rockström elmin çox açıq və dəqiq olduğunu ifadə edib. O deyib ki, "COP28" dünyanın qalıq yanacaqların atdığı, ciddi, qlobal görüş yeri olmalıdır. O, bu günə qədər təbiət və enerji mövzusunda uğursuz olduğunu bildirib.
"Bu da bizi Paris Sözləşməsinin hədəfi olan 1,5 dərəcəlik biofiziki sərhəddi keçən təhlükəli yola saldı",- deyə Rockstörm qeyd edib.
Qida təhlükəsizliyi mövzusunda araşdırma edən qlobal tərəfdaşlığın İqlim Dəyişikliyinə Harmoniya və Uyğunlaşma sahəsinin direktoru Aditi Mukherji deyib ki, iqlim dəyişikliyinin azaldılması, bioloji müxtəlifliyin qorunması və qida təhlükəsizliyi də daxil olmaqla daha geniş sosial ehtiyaclar arasındakı yaxın əlaqələrin dəyişimə ehtiyacı var ".
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB