Müharibənin bitməsi üçün ən çox ehtimal olunan ssenari

ABŞ-ın planı təxminən belə görünür...
Müharibənin bitməsi üçün ən çox ehtimal olunan ssenari

...Əvvəla qeyd edim ki, Ukraynanın ehtiyatda olan polkovniki Roman Qriqoryeviç Svitanı bəlkə də SİA-nın daimi oxucularına tanıtmağa ehtiyac yoxdur. 2014-cü ildə Rusiya Federasiyası tərəfindən əsir götürülən ukraynalı hərbçi azad olunduqdan sonra daha çox Ukraynadakı münaqişə ilə bağlı proqnozlar verir. Məsələn onun son açıqlamasına görə,..

...Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu üzərində qələbəsi ABŞ-ın planlarının bir hissəsidir və Amerikadakı siyasi mübarizə ilə iç-içədir, ona görə də müharibənin əsas mərhələsi təxminən gələn ilin payızında - Amerikada prezident seçkiləri öncəsi başa çatmalıdır.

Çox güman ki, yazda bizə əsas vəzifəni - Krımın azad edilməsini başa çatdırmaq üçün kifayət qədər sayda qırıcı və uzaqmənzilli raketlər veriləcək. Aviasiya və uzaqmənzilli raketlər Krımı 3-4 aya azad etməyə imkan verəcək, bu gələn ilin iyun-avqust aylarında baş verməlidir. Sonra Donbassla məşğul olacağıq.

Krımdan sonra Donbası azad etmək daha asan olacaq, lakin döyüş bəlkə də uzanacaq. Belə bir vəziyyətdə sərhədə doğru irəliləyiş başlayacaq və bölgənin Rusiya ilə əlaqəsini kəsmək mümkün olacaq. Düzdür, bunun üçün şərq sərhədləri boyunca Donbası kəsmək və ya Severski Donets, Don eləcə də Mius boyunca hərəkət etmək üçün Rusiya ərazisinə - Rostov və ya Taqanroqa girməli olacağıq. Donbass, yəqin ki, 2025-ci ilin yazında təmizlənməlidir.

Bütün bunlar Ukraynanın NATO-ya qəbulu ərəfəsində baş verəcək.

Svitanın fikrincə, Ukrayna Silahlı Qüvvələri, yəqin ki, yazda 1991-ci il sərhədlərinə çatacaq. Ola bilsin ki, bu 2025-ci ilin yayının əvvəlində, Hollandiyadakı sammitdən əvvəl baş verəcək.

Düşünürəm ki, gələn il Vaşinqtonda bizi (Ukraynanı) NATO-ya dəvət edəcəklər və Alyansın 32 ölkəsi ilə ikitərəfli sazişlər tərtib etmək imkanımız olacaq.

Svitanın iddiasına görə, ABŞ-ın planı təxminən belə görünür...

Bunun üçün hər kəs ciddi səy göstərməlidir - həm Ukrayna ordusu, həm də bizə silah ötürməli olan Qərb tərəfdaşlarımız. Planı yerinə yetirmək üçün hərbi texnika, təyyarələr və yeni modifikasiyalı raketlər almalıyıq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə