Moskva hava limanlarında 40-a yaxın reys təxirə salındı

Moskva hava limanlarında 40-a yaxın reys təxirə salındı

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında ən azı 35 reys gecikib, beşi isə ləğv edilib. SİA xəbər verir ki, bu "Yandex"in məlumatlarında əksini tapır.

Moskva vaxtı ilə saat 1:37-yə olan məlumata görə, Vnukovo hava limanında 11 reys gecikib, 4-ü isə ləğv edilib. Domodedovoya 4 reys gecikib, 1-i ləğv edilib. Eyni zamanda Şeremetyevo hava limanında 20 reys gecikib.

"Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets daha əvvəl "RİA Novosti"yə bazar günü Moskvada güclü qar yağacağı, çovğun və temperaturun mənfi 6 dərəcəyə enəcəyi barədə məlumat verib.

Moskva merinin mənzil-kommunal təsərrüfat və ictimai abadlıq üzrə müavini Pyotr Biryukov qeyd edib ki, Moskvanın qardan təmizlənməsinə 135 mindən çox insan və 18 mindən çox müxtəlif ixtisaslaşdırılmış texnika cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə