BMT Qəzzada zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib

BMT Qəzzada zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında bağırsaq, dəri və hepatit növlərinin yayılması ilə bağlı xəbərdarlıq edib. SİA xəbər verir ki, UNRWA-nın Qəzza üzrə mətbuat direktoru Adnan Abu Husne mövzu ilə bağlı mətbuata açıqlama verib.

Əbu Hüsne əvvəlki günlərlə müqayisədə bölgədə bağırsaq xəstəliklərinin 4 dəfə, dəri xəstəliklərinin isə 3 dəfə artdığını bildirib.

BMT rəsmisi təsdiq edib ki, bölgədə vəba epidemiyasına yoluxma hallarının artıb, həmçinin hepatit növləri ilə bağlı bəzi məlumatlar var.

UNRWA-nın Qəzza direktoru Tomas Uayt dünən BBC-yə verdiyi açıqlamada Fələstin bölgəsindəki məktəblərindən birində hepatit A epidemiyasının şahidi olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə