Venesuela qonşu Qayana ilə ərazi mübahisəsi ilə bağlı bazar günü referendum keçirir. Venesuela hakimiyyəti Qayana-Essekibo ərazisinin mülkiyyət hüququ ilə mübahisə edərək, Qayanaya qarşı ərazi iddiaları irəli sürür. Referendum beş sualdan ibarətdir, sonuncu sualda Qayananın nəzarətində olan bu ərazi üzərində Venesuelanın suverenliyinin tanınması daxildir.
SİA-nın əldə etdiyi məlumata görə, Qayana Kooperativ Respublikasının ərazisinin təxminən üçdə ikisini təşkil edir.
Qeyd edək ki, referendumun təşəbbüskarı avtoritar prezident Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hakimiyyətidir. Yeri gəlmişkən, onun referendumda ilk səs verdiyi bildirilir.
Xatırladaq ki, 1899-cu ildə Parisdəki arbitraj məhkəməsi Qayana-Essekibo ərazisini Qayananın bir hissəsi kimi tanıyıb. Onu da xatırladaq ki, bu ərazilər həmən vaxt Böyük Britaniyanın koloniyası olub.
Venesuela indi qərarın ədalətsiz olduğunu əsas gətirərək ləğv etməyə çalışır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB