Ukraynada səfərbərliklə bağlı ciddi problemlər var..?

Ukraynada səfərbərliklə bağlı ciddi problemlər var..?

Ukraynada ümumi səfərbərlik bu gün də davam edir və təbii ki, bu zaman yaranan bəzi problemləri şişirtmək rus təbliğatçıları üçün böyük önəm kəsb edir.

...Məlumdur ki, ruslar bu gün təkcə tanklarla deyil, həm də informasiya ilə döyüşürlər,

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin əsgəri, keçmiş könüllü Roman Sinitsin “Suspilnı”ya müsahibəsində bildirib.

Həmsöhbət qeyd edib ki, bu gün ölkədə sadəcə olaraq əhalinin müəyyən təbəqəsi var ki, onlar səfərbər olmaq istəmirlər. Sinitsinə görə, bundan elə də böyük bir problem yaratmaq lazım deyil.

Ukraynalı könüllüyə görə, əslində burada Rusiya Federasiyasının təbliğatının daha böyük payı var ki, bu mövzunu şişirdirlər. Bundan əlavə bu mövzunun informasiya gündəmində olması onlar üçün faydalıdır.

Ruslar bu gün Ukraynadakı səfərbərlikdə “qanunsuzluqdan” danışırlar. Amma yalan danışırlar. Məsələn, mən səfərbər olanda heç bir qanunsuzluq görmədim.

Bunu deyən Sinitsin təbii ki, hərbi qeydiyyat və komissarlıqların işində problemlər var – “bəzi real, bəziləri saxta”. Lakin biz düşmənin informasiya kampaniyaları ilə bizə təsir etməsinə icazə verə bilmərik-deyə bildirib.

Yeri gəlmişkən, Ukrayna dövlətində səfərbərlik ötən il fevralın 24-də səhər saatlarında rusların genişmiqyaslı hücumundan sonra başlayıb. İndi hərbi komissarlıqlara çağırış yaşında olan, yəni 18-60 yaş arası kişilər, eləcə də qadın həkimlər gəlməlidirlər.

Ukrayna Silahlı Qüvvələri qeyd edib ki, möhlət üçün heç bir əsası, eləcə də səhhətində problemi olmayan kişilər səfərbər edilə bilərlər.

...Və bir müddət bundan əvvəl hərbi-siyasi şərhçi Aleksandr Kovalenko, hazırda səfərbərliklə bağlı ciddi problemlər olduğunu bildirmişdi. Ekspert qeyd edib ki, bəzən hərbi komissarlıqlar cəbhəyə döyüşmək istəməyən adamları göndərir və bəzi hallarda həvəssiz səfərbər olan adam xain olub öz silahdaşlarını yartmağa cəhd edir(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə