...ABŞ ordusu 2024-cü ildə Hind-Sakit okean regionunda yerüstü orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. Belə raketlərin yerləşdirilməsi Soyuq Müharibədən sonra ilk dəfə baş tuta bilər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Nikkei Asia” ABŞ-ın Sakit okean ordusunun nümayəndəsi Rob Fillipsə istinadən məlumat yayıb.
Deyilənlərə görə, yerləşdirilə biləcək raket variantları arasında ABŞ ordusu Standart-6 (SM-6) raketinin və Tomahawk qanadlı raketinin quru versiyalarını nəzərdən keçirir.
Qeyd edək ki, raketlərin uçuş məsafəsinin 500-dən 2700 kilometrə qədər olacağı güman edilir. Eyni zamanda, ABŞ Sakit Okean Ordusunun nümayəndəsi bu raketlərin harada və nə vaxt yerləşdirilə biləcəyi barədə ətraflı məlumat verməyib.
Nəşrin qeyd etdiyi kimi, ABŞ-ın gələcəkdə raket yerləşdirməsi 2019-cu ildə Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsinin müddəti başa çatdıqdan sonra ilk dəfə baş verəcək.
Xatırladaq ki, bu, ABŞ-ın 1987-ci ildə Sovet İttifaqı ilə imzaladığı müqavilədir. O, ölkələrə 500-dən 5500 kilometrə qədər mənzilli yerdən buraxılan raketlər hazırlamağı və onlara sahib olmağı qadağan etmişdi.
“Nikkei Asia”-nın məlumatına görə, regionda yerləşdiriləcək bu raket yerləşdirməsi ilk olaraq Çini cilovlamaq məqsədi daşıyacaq.
Tayvan boğazında və ya Cənubi Çin dənizində potensial böhrana cavab vermək üçün bu kritik su yollarında və ya Çin materikində hədəflərə çata bilən raketlər tələb olunacaq. Qəzet istisna etmir ki, bu, Yaponiyanın Okinava adalarından Tayvan və Filippinə qədər uzanan ilk ada zəncirinin yaxınlığında genişləndirilmiş yerləşdirmə demək olardı.
Yeri gəlmişkən, ABŞ Nüvə Qüvvələri Müqaviləsi ilə bağlı olduğu bir vaxtda Çin orta və daha qısa mənzilli raketlər arsenalını genişləndirməyə davam edib. Məsələn, Pentaqon hazırda Pekinin 1500-dən 5500 kilometrə qədər mənzilli 1500 raketi olduğunu iddia edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB