...Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron əmindir ki, əgər Vladimir Putin Ukraynada dayandırılmasa, o, “daha çox şey üçün geri qayıdacaq”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə “The Sun”a müsahibəsində danışıb.
Kemeron vurğulayıb ki, Böyük Britaniya Vladimir Putinin qoşunları 2022-ci ildə Ukraynanı işğal etdikdən sonra “dünyanın necə dəyişdiyini” başa düşməlidir.
...Onu formalaşdıran qüvvələr -Kremldə müharibə müttəfiqi- daha aqressiv Çin, gənclərin başını zəhərləyən islamçı ekstremizm...bunlar dərhal yox olmayacaq.
Bunu bildirən Kemerona görə, dünyanın sehrli şəkildə əvvəlki vəziyyətinə qayıtmasına ümid etməyin mənası yoxdur.
Kemeron vurğulayıb ki, həm Böyük Britaniya, həm ABŞ, həm də digər NATO ölkələri Ukraynaya və onun Silahlı Qüvvələrinə mövcud dəstəyi davam etdirməli və gücləndirməlidir.
...Əgər Putin Ukraynada dayandırılmasa, o, daha çox şey üçün geri qayıdacaq. Və biz öz tariximizdən bilirik ki, diktatorları sakitləşdirmək son nəticədə Britaniyanın maraqlarını məhv edir və Britaniyanın həyatı bahasına başa gəlir.
Bunu da Kemeron bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB