Fələstin Qəzza sektorunu idarə edə bilməz!?.

Fələstin Qəzza sektorunu idarə edə bilməz. SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

ABC telekanalının aparıcısının müvafiq sualına cavab olaraq Kirbi bildirib ki, Ağ Ev Fələstinin Qəzza üzərində etibarlı nəzarəti həyata keçirə biləcəyinə inanmır.

“Biz düşünürük ki, onların mütləq bir rolu var” deyib amerikalı səlahiyyətli.

Müsahibənin digər mövzusu İsrailin Fələstinin HƏMAS hərəkatının rəhbərliyini məhv etmək planı olub.

Kirbi bunu isə “faydalı taktika” adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə