Generalı Ukrayna münaqişəsinin yalnız hərbi yolla həllini istisna edir

Generalı Ukrayna münaqişəsinin yalnız hərbi yolla həllini istisna edir

...Ukraynadakı münaqişənin yalnız hərbi üsullarla həllinin mümkünlüyünü ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun qiymətləndirib.

SİA xəbər verir ki, bu barədə bazar günü, dekabrın 3-də TASS məlumat yayıb.

Ronald Reyqan Prezident Fondunun Kaliforniyada təşkil etdiyi forumdakı çıxışında Braun Ukraynadakı münaqişənin yalnız hərbi yolla həllinin mümkünlüyünü istisna edib.

...Heç bir hərbi münaqişəni yalnız hərbi yolla həll etmək olmaz, nəticədə diplomatik həll yolu tapılır.

Bunu amerikalı general vurğulayıb.

Ukraynadakı münaqişənin nəticəsini proqnozlaşdırmaq iqtidarında olmadığını qeyd edən Braun ona təsir imkanının olduğunu bildirib.

O, ABŞ-ın Ukrayna və İsrailə hərbi yardımını davam etdirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Pentaqonun rəhbəri Lloyd Ostinə Ukraynaya yardımın əsl səbəbini açıqlamasına görə minnətdarlığını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə