...Üç ölkə Ukraynaya maliyyə dəstəyindən imtina etməyi düşünür: Macarıstan, Hollandiya və İsveç.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “The Economist” nəşri yazır.
Media belə planların Macarıstanın baş naziri Viktor Orban və Hollandiya Azadlıq Partiyasının lideri Qeert Vilders tərəfindən hazırlandığını iddia edir.
Üstəlik, Kiyevin Avropa İttifaqına üzv olmaq imkanından məhrum edilməsi ideyası da müzakirə olunur.
Eyni zamanda, İsveç də adıçəkilən iki ölkənin mövqeyini dəstəkləyə bilər. Nəşr yazır ki, əvvəllər Almaniya da bunu müdafiə edirdi, amma indi Berlində deyirlər ki, ölkənin “əli bağlıdır” və Kiyevə kömək etməyə davam edəcək.
Mətbuat vurğulayır ki, əgər əvvəllər yalnız Orban Ukraynaya maliyyənin dayandırılmasının tərəfdarı idisə, indi onun noyabrın 22-də Hollandiyada keçirilən seçkilərdə qalib gələn Qeert Vildersin simasında yeni müttəfiqi ola biləcəyini düşünür.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB