İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi tərəfindən verilən məlumata görə ...

İndoneziyada Sumatra adasının qərbindəki Merapi vulkanı kül səpdi.

SİA xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi tərəfindən verilən məlumata görə, Merapi vulkanı təxminən 3 kilometr yüksəkliyə kül səpib və isti kül buludları şimala doğru gedib.

Partlayışdan sonra can və mal itkisinin olmayıb. Ətrafdakı sakinlərə vulkan kraterinə yaxınlaşmamaq və lava təhlükəsi barədə xəbərdarlıq edilib.

Bildirilib ki, səlahiyyətlilər aktivliyin artması səbəbindən 2023-cü ilin yanvar ayından aktiv olan Merapi vulkanını bir neçə həftədir yaxından təqib edir.

Bütün xəbərlər Facebook səhifəmizdə