İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

İtaliyanın Baş naziri Ciorcia Meloninin Serbiyaya səfəri çərçivəsində paytaxt Belqradda Prezident Aleksandar Vuçiçlə görüşü olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə liderlər Roma və Belqrad arasında ikitərəfli münasibətləri, eləcə də Avropa və beynəlxalq müstəvidə siyasi mövzuları müzakirə ediblər.

Həmçinin Serbiya və Kosovo arasında münasibətlər, Ukraynadakı müharibə görüşün əsas müzakirə mövzularından olub.

Ciorcia Meloni İtaliyaya gələn miqrant axınının tranzit keçdiyi Balkan ölkələri ilə koordinasiyanın və tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda, Qərbi Balkan regionu ökələrinin Avropa İttifaqına inteqrasiyasının əhəmiyyətini vurğulayıb.

İki ölkə lideri mətbuata bəyanatlarla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə