“Hansı rayondansan, çuşpan?”

İrkutskda yeniyetmə avtobus dayanacağında hansı rayondan olduğu soruşulduqdan sonra öldürülüb
“Hansı rayondansan, çuşpan?”

...İrkutskda şənbə günü axşam Lisixa avtobus dayanacağında 15 yaşlı məktəbli öldürülüb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “IpCity” nəşri məlumat yayıb.

Qeyd edək ki, xəbər ilk olaraq, şəhər forumlarında ortaya çıxsa da, daha sonra məlumatı İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Hadisə şahidləri iddia edir ki, on nəfərə yaxın gənc yeniyetməyə yaxınlaşıb ondan “hansı rayondansan, çuşpan?” deyə soruşublar.

Deyilənlərə görə, 15 yaşlı məktəbliyə hücum edənlərdən biri əvvəlcə tələbənin başına zərbə endirib, daha sonra əlbəyaxa dava düşüb və bu zaman yeniyetmə bıçaqlanıb. Hadisə şahidləri təcili yardım çağırsalar da, məktəblini xilas etmək mümkün olmayıb.

...Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bildirib ki, polis artıq iki şübhəli şəxsi saxlayıb. Onu da qeyd edək ki, nazirlik hadisəni “yetkinlik yaşına çatmayanların münaqişəsi” kimi səciyyələndirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə