Yəmən husiləri Britaniyanın ticarət gəmisinə hücum ediblər

...Qırmızı dənizdə Britaniyaya məxsus ticarət gəmisi Yəməndən hücuma məruz qalıb. Hadisə Bab əl-Məndab boğazında (onun sahillərində Yəmən, Cibuti və Eritreya yerləşir, cənubda isə Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir) baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Əl-Ərəbiyyə” və “Əl-Hadath” telekanalları xəbər verir.

“Əl-Ərəbiyyə” Britaniyanın “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatlarına istinadən xəbər verir ki, Baham adaları bayrağı altında üzən gəmi raket atəşinə tutulub.

...“Əl-Hadath” mənbələri gəminin Böyük Britaniya bayrağı altında üzdüyünü və britaniyalı heyətin olduğunu bildirib. Kanalın həmsöhbətləri bildiriblər ki, husilərin hücumuna cavab olaraq ABŞ və İsrail gəmiləri iştirak edib.

Bu arada “Reuters” xəbər verir ki, dekabrın 3-də Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi Yəməndən pilotsuz təyyarələrin fəaliyyəti və Bab əl-Məndəb boğazında mümkün partlayış barədə məlumat aldığını açıqlayıb.

Xatırladaq ki, Husilər noyabr ayında Qırmızı dənizdə İsrail bayrağı ilə üzən və ya İsrail şirkətlərinə məxsus olan istənilən gəmiyə hücum edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, yəmənli üsyançılar öz hərəkətlərini “İsrail-Amerikanın Qəzza zolağındakı iyrənc təcavüzünə” cavab adlandırıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə