“Əgər biz Ukraynada Rusiyanı hərbi cəhətdən məğlub etməsək...”

Qərb ölkələri Rusiya Federasiyasını Ukraynada hərbi yolla məğlub edə bilməz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanı üstələyə bilmədiyini alman jurnalist Julian Röpke X sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

...Deməli, alman jurnalistin yazdığına görə, Kollektiv Qərb cahil görünür. Əgər biz Ukraynada Rusiyanı hərbi cəhətdən məğlub etməsək, bir neçə ildən sonra NATO torpaqlarında onlarla döyüşməli olacağıq. Biz isə Ukraynada Rusiyanı hərbi cəhətdən məğlub etmirik, amma bu müharibəni uduzuruq.

Xatırladaq ki, bir müddət bundan əvvəl Julian Röpke bildirmişdi ki, Ukrayna ordusunun Rusiya pilotsuz təyyarələrinin hücumlarını, xüsusən də sayına görə dəf etmək imkanı yoxdur.

Onun fikrincə, Kiyev mümkün qədər çox elektron döyüş sistemi ilə təchiz edilməlidir, çünki kamikadze pilotsuz təyyarələrin çoxluğuna görə Rusiya tərəfi istənilən hədəfləri, hətta kiçik hədəfləri də vurmağa hazırdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə