Almaniyada kirayə evlər boşaldılır

Sol Partiyanın Bundestaqda verdiyi suala Almaniya hökumətinin verdiyi cavaba görə ...

Almaniyada kirayə borcları 2022-ci ildə on minlərlə mənzilin boşaldılmasına səbəb olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Sol Partiyanın Bundestaqda verdiyi suala Almaniya hökumətinin verdiyi cavaba görə, 2022-ci ildə 27 min 319-dan çox mənzil boşaldılıb.

İnsanların evlərini itirmələrinin ən çox yayılmış səbəbi kirayə borclarıdır.

Sol Partiyadan kirayə və mənzil eksperti Keren Ley (Caren Lay) yığılmış kirayə borclarının ödəniləcəyi təqdirdə köçürülmələrin ləğv edilməsini istəyib və deyib: "Federal hökumət hərəkətə keçməsə, daha çox insan evlərini və mənzillərini itirəcək, çünki kirayələr kəskin şəkildə artacaq."

Məlumata görə, ən çox evakuasiya Şimali Reyn-Vestfaliya (8690), Bavariya (2579), Aşağı Saksoniya (2288) və Saksoniya (2265) rayonlarında olub.

Sakinlərin sayı baxımından Brandenburq (1085), Bremen (413), Saksoniya, Şimali Reyn-Vestfaliya və Hamburq (902) ən çox evakuasiya edilən bölgələr olub.

K.Ley sözügedən mövzu ilə bağlı deyib: “2022-ci ildə köçürülmələrin sayı bəlkə də 30 min civarındadır. Təəssüf ki, federal hökumət bütün əyalətlərə dair məlumat verməyib”.

"Deutsche Gerichtsvollzieher" qəzetinin yazdığına görə isə statistikadakı köçürülmə sayına təxminən 2 min daha çox mənzil əlavə oluna bilər. Bu rəqəmə Meklenburq-Ön Pommern və Şlezviq-Holşteyn rayonları ilə bağlı çatışmayan məlumatlar daxildir.

Xatırladaq ki, 2021-ci ildə Almaniyada 29 mindən çox mənzildən köçürülmə olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə