Türkiyə prezidenti Qətər, sonra Yunanıstana gedəcək

Görüşlər zamanı iki ölkə arasında əlaqələr də müzakirə ediləcək
Türkiyə prezidenti Qətər, sonra Yunanıstana gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün dekabrın 4-ündə Qətərə gedəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Ayın 5-ində Qətərdə keçiriləcək Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının toplantısına da qatılacaq R.T.Ərdoğanın İsrailin Qəzzaya hücumları ilə bağlı mühüm mesajlar verməsi gözlənilir.

Dekabrın 7-də prezident Ərdoğan Yunanıstana gedəcək. Bu ölkəyə 1 günlük səfəri çərçivəsində Türkiyə prezidenti Afinada Yunanıstanın baş naziri Kiryakos Mitsotakislə görüşəcək. Görüş zamanı iki ölkə arasında əlaqələr müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə