Belarusu həbs ediblər, bilirsiniz niyə?..

Ukraynada belaruslardan ibarət döyüşən alaya ianə köçürdüyü üçün...

...Deməli, bu arada Minsk məhkəməsi yerli sakin Aleksandr Qonçarovu 5 il müddətinə azadlıqdan məhrum edib. O, Ukrayna tərəfində vuruşan Belarus vətəndaşlarından ibarət hərbi birləşmə olan Kastus Kalinouski alayının maliyyələşdirilməsi işində təqsirli bilinib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Baş Prokurorluğun saytında verilib.

Qeyd edək ki, bu, Kalinovskinin alayına pul köçürmə və ya köçürmə cəhdi ilə bağlı ilk məhkəmə deyil.

Xatırladaq ki, avqust ayında məhkəmə Anastasiya Petroçenkonu “ekstremist qruplaşmanı” maliyyələşdirməkdə ittiham edərək üç il müddətinə azadlıqdan məhrum edib.

Müstəntiqlərin fikrincə, Rusiyanın Ukraynaya hücumundan sonra Petroçenko Polşaya köçüb. Orada o, internet bankçılıq vasitəsilə Belarus bank hesabından Kalinouskinin alayına 16 dollar köçürməyə cəhd edib, lakin əməliyyat baş tutmayıb. Petroçenko evə qayıtdıqdan sonra saxlanılıb.

Yeri gəlmişkən, keçən ilin martında o vaxt bir batalyon, indi isə belaruslardan ibarət Kastus Kalinovski adına alay Ukrayna silahlı qüvvələrinin tərkibinə daxil olub. 2022-ci ilin payızında Belarus Daxili İşlər Nazirliyi alayın və onun “struktur bölmələrinin” saytını və sosial şəbəkələrini “ekstremist birləşmə” kimi tanıyıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə