“Putinin qələbəsi Ukrayna üçün faciə olacaq...”

"Ukraynanı nə qədər çox dəstəkləsək, müharibə bir o qədər tez bitəcək..."

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynaya yardım artırılarsa, Rusiya-Ukrayna müharibəsi daha tez bitəcək. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə dekabrın 2-də axşam saatlarında Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.

...Mən cəbhədəki mövcud vəziyyəti hər zaman ehtiyatla qiymətləndirirəm. Müharibələr təbiətinə görə gözlənilməzdir. Yalnız bir şey dəqiqdir: biz Ukraynanı nə qədər çox dəstəkləsək, bu müharibə bir o qədər tez bitə bilər.

Bunu deyən Stoltenberq, hesab edir ki, Putinə Qərbi köhnəlmə müharibəsində gözləyə bilməyəcəyini nümayiş etdirmək vacibdir.

...Biz aydın başa düşməliyik ki, Putinin qələbəsi Ukrayna üçün faciə olacaq. Amma bu bizim üçün də təhlükəli olardı. Bu qələbənin qarşısını almaq bizim maraqlarımızdadır. Ukraynanın öz məqsədinə çatmasına əmin olmaq bizim maraqlarımıza uyğundur.

Yeri gəlmişkən, bu məqamda aparıcı qeyd edib ki, Stoltenberq artıq ikinci ildir ki, bu barədə danışır, lakin Avropa İttifaqı, məsələn, 1 milyon döyüş sursatı ilə bağlı öz vədini vaxtında yerinə yetirə bilməyib və əks-hücumdan ümidlər şişirdilmiş olub.

Maraqlıdır ki, NATO sədri bununla razılaşıb və “...hərbi münaqişələr mərhələli şəkildə inkişaf edir və uğurlardan sonra uğursuzluqlar gələ bilər, lakin bu, Ukraynaya dəstəkdən imtina etmək üçün səbəb deyil”-deyə bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə