Putin və HƏMAS qalib gələ bilməz - Ostin

ABŞ Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsinə imkan verməyəcək və Kiyevə hərbi yardımla kömək etməkdə davam edəcək. SİA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

"Biz HƏMAS-ın və ya Putinin qalib gəlməsinə, düşmənlərimizin bizi bölməsinə və ya zəiflətməsinə imkan verməyəcəyik", - Ostin bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə