Spiker Conson gözlənilmədən mövqeyini dəyişir

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Ukraynaya kömək etmək Birləşmiş Ştatlar üçün “kritik prioritetdir”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Wall Street Journal” yazır ki, bu mövqe onun Ukraynaya əlavə yardıma qarşı çıxdığı əvvəllər səsləndirdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

Nəşr Consondan sitat gətirir: “Biz Vladimir Putinin Avropada yürüş etməsinə icazə verə bilmərik və köməyə ehtiyac olduğunu başa düşürük”.

Jurnalistlər qeyd edirlər ki, Kiyevin maliyyələşdirilməsi ABŞ siyasətçiləri arasında mürəkkəb danışıqların bir hissəsidir və eyni zamanda Consonun liderliyini sınamaqdır.

Xatırlanır ki, Respublikaçılar Partiyasında xərclərin azaldılması və ABŞ strategiyası ilə bağlı müzakirələr Consonun sələfi konqresmen Kevin Makkartinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.

Eyni zamanda, material müəllifləri aydınlaşdırırlar ki, Rusiya Federasiyası ilə müharibədə Ukraynaya yardımın maliyyələşdirilməsi və ABŞ-da silah ehtiyatlarının artırılması üçün təxminən 60 milyard dolları özündə əks etdirən xarici yardım təklifinin taleyi böyük ölçüdə ondan asılıdır.

...Yeri gəlmişkən, Nümayəndələr Palatasının bəzi üzvləri, Makkarti ilə olduğu kimi, spiker Consonu da vəzifədən kənarlaşdırmaq üçün bir qətnamə təklif edə bilər,.. “əgər onlar sərhədi keçdiyinə qərar verərsə”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə