Moskvada polis bəzi klub və saunalarda reyd keçirib

Moskvada polis LGBT-yə uyğun klub və saunalarda reydlər keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Diqqət, Moskva” yazır.

Deyilənlərə görə, klublardan birində LGBT icması üçün ziyafət təşkil edilib və orada üç yüzə yaxın adam iştirak edib. Polis narkotik axtarışı bəhanəsi ilə kluba basqın edib. Reyd zamanı ziyarətçilərin sənədləri yoxlanılıb, pasportlarının şəkilləri çəkilib və sonradan onlar sərbəst buraxılıblar.

Qeyd edilir ki, rus polisi ən azı daha iki gecə klubu, bir bar və saunada oxşar reydlər keçirib. Polis orada da “narkotik axtarıb”.

Amma heç bir qanun pozuntusu aşkar edilməsə də, klubda olanların əhval-ruhiyyə pozulub.

Yeri gəlmişkən, Sankt-Peterburqda “Mərkəzi Vağzal” klubu da bağlanıb.

...İcarəyə götürdüyümüz sayt qanuna görə işləməyimizə icazə vermədi. Üzr istəyirik, artıq işləmirik. Yenidən görüşərik.

Bu klubun hazırda yeganə VKontakte paylaşımında deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə