“...Putini kim əvəz edərsə, sələfindən qat-qat pis ola bilər”

Britaniya ordusunun əfsanəsi Mayk Cekson: Putin uzun müddət hakimiyyətdə olmayacaq...

...Rusiya prezidenti Vladimir Putin uzun müddət təbii ki, Rusiyanın lideri olaraq qala bilməyəcək, lakin onun varisi daha da pis ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Britaniya Ordusunun Baş Qərargahının keçmiş rəisi, Britaniya ordusunun əfsanəsi sayılan general Mayk Cekson deyib.

79 yaşlı general Rusiya lideri ilə “bu və ya digər şəkildə mübarizə aparılacağını" söyləsə də, lakin xəbərdarlıq da edir: “...Putini kim əvəz edərsə, sələfindən qat-qat pis ola bilər”.

Belə ki, Putinin varisinin onun qədər avtoritar olmayacağına zəmanət yoxdur.

Bunu da Cekson əlavə edir.

Qeyd edək ki, artıq neçə müddətdir ki, bir çox yerli və xarici media 71 yaşlı Putinin xəstə olduğunu yazırlar. Amma maraqlıdır ki, qarşıdan gələn 2024-cü il seçkilərində Putinin qalib gələcəyi də istisna edilmir.

Xatırladaq ki, keçmiş sovet kəşfiyyatçısı Vladimir Mladimiroviç Putin 1999-cu ildən Rusiyada prezident və baş nazir kimi hakimiyyətdədir.

Lakin nə qədər qəribə də olsa, Mayk Cekson inamla Rusiya prezidentinin hakimiyyətinin tezliklə bitəcəyini deyir.

İngilisin iddiasına görə, “...Putinin bu və ya digər şəkildə Rusiya lideri rolunu qoruyub saxlaması ehtimalı azdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə