Moskva miqyasına görə əksər Avropa ölkələrindən böyükdür

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “İlin hüquqşünası-2023” mükafatlandırma mərasimində deyib ki, Moskva miqyasına görə əksər “orta bərbad” Avropa dövlətlərindən daha böyükdür.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

...Əlbəttə, biz Moskvanın nə olduğunu başa düşürük. Bu, Avropanın əksər orta dövlətlərindən daha böyükdür - deyən Medvedev, Moskva meri Sergey Sobyaninin də şəninə bir neçə xoş söz səsləndirib.

...Dekabrın 3-də Rusiyada Hüquqşünas Günü qeyd olunur. Bu gün Medvedev Sobyaninə "Sosial və əmək hüquqlarının müdafiəsinə verdiyi töhfəyə görə" xüsusi kateqoriyasında mükafat təqdim edib. Medvedev onu da vurğulayıb ki, rus vəkilləri dost olmayan ölkələrin seçilmişlərin hüququnu tətbiq etmək cəhdlərini puça çıxarmaq üçün hər şeyi edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə