Pensiyaçılar Rusiya əhalisinin dörddə birindən çoxunu təşkil edəcək...

Səhiyyə Nazirliyi Rusiyada gözlənilən ömür uzunluğunun artması ilə yanaşı, yaşlı əhalinin nisbətinin də artacağını proqnozlaşdırır.

Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Yevgeni Kamkinin sözlərinə görə, pensiyaçılar gələcəkdə uzunmüddətli qayğı sisteminin iştirakçıları olacaqlar.

Onun sözlərinə görə, yaşlı əhali 2025-ci ilə qədər ölkə əhalisinin dörddə birindən çoxunu təşkil edəcək.

SİA REN TV-yə istinadən xəbər verir ki, rus rəsmisi bu barədə Milli Səhiyyə Konqresinin “Uzunmüddətli qayğı sistemində səhiyyənin rolu” adlı konfransda açıqlama verib.

Nazir müavini onu da bildirib ki, hazırda Rusiyada 11 milyon əlil var ki, bu da Rusiya əhalisinin təxminən 7,5 faizini təşkil edir.

Yeri gəlmişkən, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi bədən tərbiyəsi dərsləri üçün sertifikatların onlayn verilməsini təklif edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə