Azov dənizi üzərində iki Ukrayna S-200 raketi məhv edilib..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna tərəfi yerüstü hədəfləri vurmağa çevrilmiş iki S-200 raketindən istifadə edərək terror hücumuna cəhd edib.

Rusiya Müdafiə Nazirliyi Azov dənizi üzərində Ukrayna raketlərinin məhv edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Azov dənizi üzərində hər iki raketi məhv edib.

“...Dekabrın 2-də Moskva vaxtı ilə saat 18:00 radələrində Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı yer hədəflərini vurmağa çevrilmiş iki S-200 zenit-raket kompleksindən istifadə etməklə terror aktına cəhd edib. Azov dənizi üzərində raketlərməhv edilib”.

Bunu Rusiya saytları yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə