Zaxarova ABŞ-da nasizmin gücləndiyini deyir...

Zaxarova ABŞ-da nasizmin gücləndiyini deyir...

...Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, “Nasistlərin Ağ Evin qarşısında yürüş etdiklərini”, onların ideologiyasının ABŞ-ın dəstəyi ilə “tam çiçəkləndiyini” bildirib.

...Zaxarova öz Telegram kanalında yazıb ki, nasistlər Ağ Evin qarşısında yürüş edir və bu, “Mosfilm” istehsalının davamı deyil, bu günün sənədli xronikasıdır. O qeyd edib ki, “dəhşətli və vəhşi aksiya Amerika prezidentlərinin iqamətgahı fonunda baş verir və nasist simvolları, nasist şüarları və ifrat sağçı qrupların salamları ilə müşayiət olunur.

Onun sözlərinə görə, Ağ Ev qarşısında nasist aksiyasının təşkilatçıları Amerikanın USAID yardım agentliyi ilə əlaqəli ifrat sağçı radikalların tanınmış liderləri olub.

O əlavə edib ki, ötən fevralda USAID-in direktoru Samanta Pauer Şaporinskaya fondlarının təşkil etdiyi mitinqdə çıxış edib.

SİA-nın əldə etdiyi məlumata görə, nasistlərin hamını, yəhudiləri, slavyanları, qaraçıları və üçüncü Reyxin nöqteyi-nəzərindən “ikinci dərəcəli” xalqların nümayəndələrini öldürdüklərini xatırladan Zaxarova qeyd edib ki, bu gün bu ideologiya Amerika hökumət orqanlarının dəstəyi və xeyir-duası ilə tam çiçəklənib.

Yeri gəlmişkən, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Almaniyanı nasizmə haqq qazandıranlarla yaxınlaşma təhlükəsi barədə alman dilində xəbərdarlıq edərək əlavə edib ki, Şröderdən uzaqlaşdıqca nasistlərə hörmət bir o qədər yaxınlaşır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə