...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə Ankaranın “F-16” qırıcılarının tədarükü üçün Vaşinqtona pul ödəyib, lakin hələlik onları qəbul etmədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Agentliyin məlumatına görə, ABŞ Konqresi 2022-ci ilin iyulunda Türkiyəyə yeni “F-16” təyyarələri və onların modernləşdirilməsi üçün komponentlərin tədarükünü dayandırmaq barədə qərar qəbul edib.
Bundan əlavə, ölkə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldığı üçün “F-35” təyyarələrinin istehsalı proqramından çıxarılıb.
Ərdoğan qeyd edib ki, Ankara alacağı təyyarələr üçün lazım olan vəsaiti köçürüb, lakin ABŞ hakimiyyəti onları göndərməkdən imtina edir.
Eyni zamanda, Türkiyə lideri dəqiqləşdirib ki, ABŞ Yunanıstana onlar üçün hərbi təyyarə və sursat verir.
Qeyd edək ki, bundan əvvəl hərbi ekspertlər Türkiyənin getdikcə özünü regional lider elan etməyə başladığı haqda məlumat vermişdilər.
Bu baxımdan Ankaranın ABŞ, Yunanıstan və İsraillə münasibətlərinin daha da mürəkkəbləşdiyini qeyd ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə