Kişida Fumio İsxak Hersoqla görüşüb

Kişida Fumio İsxak Hersoqla görüşüb

Yaponiyanın Baş naziri Kişida Fumio Qəzzadakı gərginliyin ən qısa zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Kişida Fumio Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Dubayda keçirilən 28-ci Tərəflər Konfransı çərçivəsində təmaslarını davam etdirir.

Konfrans çərçivəsində İsrail prezidenti İsxaq Hersoqla görüşən Kişida Famio Qəzzadakı gərginliyin ən qısa zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.
Yaponiyanın baş naziri qeyd edib ki, Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün bölgəyə daha çox humanitar yardımın daxil olmasının vacibliyini vurğulayıb.
Kişida Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşündə Qəzzada müharibənin davam etməsinin təəssüf doğurduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə