Əsir düşən rusiyalı gənc Yaroslavldakı bacısına zəng edib...

Əsir düşən rusiyalı gənc Yaroslavldakı bacısına zəng edib...

...Ukraynada əsir düşən rusiyalı yaxınlarına, dəqiq desək Yaroslavlın əyalətində yaşayan bacısına zəng vurub və...onların bütün, ruslar demiş “nastroyenie”lərini “zay edib”.

SİA-nın əldə etdiyi məlumata görə, əsir düşən qardaş bacısına zəng edərkən, bacı qədəh dostu ilə gillədirmiş.

Qardaşının görüntülü zənginə cavab verən bacı, ona narahat olmamağı, onun azad edilib Rusiyaya qayıtması üçün “Yaroslavlın yarısını qaldıracağını” vəd edib.

Maraqlıdır ki, Rusiya ordusunun hərbçisinin evə zəng etdiyi videonun fraqmenti internetdə yayılıb.

Beləliklə, qardaş bacısının spirtli içki qəbul etdiyini görüb və ondan “yenə içirsənmi?” –deyə soruşub.

Bacı isə, “...xeyr, bu bir martinidir" deyə ona cavab verib.

Bacının "içki dostu" əsir düşən rusiyalının əsəbi göründüyü duyub o da “Yaroslavlın yarısını” ayağa qaldıracağı vədini verib.

“...Hər hansı köməyə ehtiyacınız varsa, zəng edin və uşaqlardan soruşun. Mən sizə kömək edəcəm, bütün kəndi bura toplayacağam, Yaroslavlın yarısını toplayacağam”

Qeyd etdiyimiz kimi bunu da bacının qıdıh dostu bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə