Türkiyənin Balıkəsir şəhərinin Ayvalık rayonunda qeyri-qanuni yollarla xaricə getməyə çalışan 48 qeyri-qanuni miqrant saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ayvalık sahillərində Yunanıstanın Lesbos adasına rezin qayıqla getməyə cəhd göstərən qeyri-qanuni miqrantlar təsbit edilib.
Sahil Mühafizə Komandanlığı qruplarının "TCSG-61" gəmisi ilə həyata keçirdiyi əməliyyat nəticəsində 48 qeyri-qanuni miqrant saxlanılıb.
Qeyd edək ki, miqrantlar əməliyyatlardan sonra Miqrasiya İdarəsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB