Müğənni Nərgiz Rusiya pasportunu yandırmağa hazırlaşır

...Rusiyanın məşhur prankerləri Lexus və Vovanın oyunlarına düşən rusofob özbək müğənnisi Nərgiz Zakirova. ərinin rus pasportunu yandıracağını bildirib.

Həyat yoldaşının onun üçün yad adam olduğunu deyən Nərgiz, hazırda onun pasport almasını gözləyir.

Və özü də söz verib ki, əri pasport alan kimi, onun pasportunu xalqın gözü qarşısında yandıracaq və sonra da buradan çıxacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Özbəkistanda olan Nərgiz deyir.

Maraqlıdır ki, hazırda ABŞ vətəndaşı olub ABŞ-a getməyə hazırlaçan özbək xanım, həm soydaşlarını, həm də doğma ölkəsinin rəhbərliyini təhqir etməyi bacarıb.

Ukrayna Silahlı Qüvvələrinə sponsorluq(?) edən Nərgiz, eyni söhbətdə Ukrayna prezidenti Vladimir Zelenski ilə ünsiyyətdə olduğuna deyərək, “yaxşı rus ölü rusdur” və Donetskə uçan raketlərin üzərinə adının yazılmasını xahiş edib. Baş Prokurorluq keçmiş “Səs” iştirakçısının ifadələrini yoxlayacaq.

Yeri gəlmişkən, bundan əvvəl iki cinayət maddəsi ilə ittiham olunan və hazırda istintaq təcridxanasında olan müğənni Şarlotta Rusiya Federasiyası vətəndaşı kimi pasportunu yandırıb. O, artıq günahını etiraf edərək əməlindən peşman olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə