Tramp məhkəmədə mühakimə olunacaq

Tramp məhkəmədə mühakimə olunacaq

ABŞ-də məhkəmə keçmiş ABŞ prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişmək cəhdi olduğu iddia edilən “6 Yanvar Konqresə basqın” işi üzrə mühakimə olunmasına qərar verib. SİA xəbər verir ki, ABŞ Apellyasiya məhkəməsi Trampın Konqresə basqınla bağlı işdə "prezident toxunulmazlığına malik olduğu səbəbi ilə təqibdən azad edilməsi" ilə bağlı müraciətini rədd edib.

Məhkəməyə sədrlik edən hakim Tanya Çutkanın bildirib ki, keçmiş prezidentlərin cinayət məsuliyyəti ilə bağlı xüsusi şərtləri yoxdur: "Müttəhim vəzifədə olarkən törətdiyi hər hansı cinayətə görə federal istintaqa, ittiham aktına, mühakimə oluna və cəzalandırıla bilər".

Qərarda Trampın vəkillərinin keçmiş prezidentin ifadə azadlığı hüquqlarının pozulduğuna dair iddialarının da əsassız olduğu bildirilib: “Müttəhim təkcə yalan ifadə verdiyinə görə deyil, həm də cinayət sui-qəsdini davam etdirmək üçün bilərəkdən yalan ifadə verdiyinə görə mühakimə olunur".

Trampa qarşı işə baxan xüsusi prokuror Cek Smitin komandası bəyan edib ki, konstitusiyada və ya məhkəmə presedentlərində keçmiş prezidentin Ağ Evdə olarkən törətdiyi cinayətlərə görə mühakimə oluna bilməyəcəyi tezisini dəstəkləyən heç nə yoxdur.

Trampın vəkilləri seçkilərin nəticələrinə etiraz etmək və seçkinin saxtalaşdırıldığını iddia etmək hüququnun konstitusiyaya əsasən ifadə azadlığı olduğunu müdafiə edərək, prokurorları siyasi çıxışı və siyasi vəkilliyi cinayət hesab etməyə çalışmaqda ittiham ediblər.

Qeyd edək ki,Trampın vəkilləri keçmiş prezidentin toxunulmazlığına malik olduğu əsası ilə 2024-cü ilin martında baxılması planlaşdırılan “6 Yanvar Konqresə basqın” işində keçmiş prezidentin təqibdən azad edilməsi üçün müraciət etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə