"6 PKK/YPG terrorçusu zərərsizləşdirilib" - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ
Türkiyə Milli Müdafiə Nazirliyi Fərat Qalxanı bölgəsinə hücuma hazırlaşan 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. SİA xəbər verir ki, Milli Müdafiə Nazirliyinin sosial media hesabında verdiyi açıqlamada bildirilir ki, Fərat Qalxanı bölgəsinə hücuma hazırlaşan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib: “Bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına haqq etdikləri şəkildə müdaxilə etməyə davam edirik. Terrorçular qazdıqları səngərlərdə basdırılmaqdan qaça bilməyəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB