Sergey Şoyqu Ukraynanın hərbi itkilərinin sayını açıqladı

Sergey Şoyqu Ukraynanın hərbi itkilərinin sayını açıqladı

Rusiya Ukraynanın 6 ay davam edən əks hücumda 125 min əsgər və 16 min silah itirdiyini açıqlayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu paytaxt Moskvada Rusiya ordusunun Ukraynada həyata keçirdiyi əməliyyatla bağlı açıqlamalar verib.
SİA-nın əldə etdiyi məlumata görə, Sergey Şoyqu bəyan edib ki, Ukraynada tam səfərbərlik, Qərb silahlarının tədarükü və strateji ehtiyatlardan istifadə münaqişə zonasındakı vəziyyəti dəyişdirməyib.
"Bu hərəkətlər yalnız Ukraynanın hərbi itkilərinin sayını artırdı. 6 aylıq qondarma əks-hücum əməliyyatı zamanı düşmən 125 mindən çox hərbçi və 16 min ədəd müxtəlif silahlar itirdi",-deyə Sergey Şoyqu vurğulayıb.
Rusiya hərbçilərindən ibarət qrupların Ukrayna Silahlı Qüvvələrinə böyük ziyan vurduğunu bildirən Sergey Şoyqu rus əsgərlərinin əhəmiyyətli mövqeyə gəldiyini və bütün istiqamətlərdə nəzarət sahələrini genişləndirdiyini bildirib.
Şoyqu növbəti il ​​ərzində döyüş hazırlığı çərçivəsində bir çox təlimlərin keçirilməsinin planlaşdırıldığını və xarici dövlətlərlə 4-ü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə olmaqla 20-yə yaxın hərbi təlim keçirəcəklərini qeyd edib.
Sergey Şoyqu həmçinin Rusiya Silahlı Qüvvələrinin bütün bölmələrinin iştirakı ilə “Okean-2024” təliminin keçiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə