Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzza zolağına humanitar yardım daşınmasının təcili olaraq bərpa edilməli olduğunu bildirib. SİA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus sosial media hesabında İsrailin intensiv hücumlar həyata keçirdiyi və böyük dağıntılara səbəb olduğu Qəzza zolağı ilə bağlı paylaşım edib.
Paylaşımda bildirilir ki, Qəzzaya əsas humanitar yardım təcili olaraq yenidən başlanmalı və son atəşkəs zamanı əldə edilən səviyyəyə çatdırılmalıdır. Yaralıların həyat qurtaran qayğıya, tibb işçilərinin isə xidmət göstərmək üçün qorunma və təchizata ehtiyacı var. "Əhalinin kütləvi yerdəyişməsi və təhlükəli yaşayış şəraiti nəticəsində yaranan sıxlıq xəstəlik riskini artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB