Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər və Fövqəladə Yardım Koordinatoru Baş Katibinin müavini Martin Qriffits Qəzza xalqının gedəcəyi təhlükəsiz yer olmadığını və insanların ölüm, dağıntı və xəstəlik dairəsində yaşadıqlarını bildirib. SİA xəbər verir ki, Griffiths açıqlamasında Qəzzaya göndərilən humanitar yardımın yetərli olmadığını bildirib.
Qurum rəsmisi humanitar atəşkəs zamanı əsirlərin azad edildiyini, ailələrin bir araya gəldiyini və Qəzzaya humanitar yardımların artdığını, amma yardımların hələ də ehtiyacları qarşılamaq üçün kifayət etmədiyini qeyd edib: "Bu gün çoxlu sayda insan həlak olub və yaralanıb. Ailələrə yenidən əraziləri boşaltmaq əmri verilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB