Bizim Ukrayna ilə assosiativ sazişimiz var və bu, Ukrayna ilə sıx əməkdaşlıq üçün bir çox imkanlar təqdim edir. SİA xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Macarıstan Baş naziri Viktor Orbanın Ukraynanın AB üzvlüyü ilə bağlı təklifinə cavabında deyib.

"Dekabrda 27 həmkarımızla dərin müzakirələr aparacağıq ki, hansı qərarı qəbul edək", - Mişel söyləyib.

Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban Ukraynanın AB-yə daxil olması ilə bağlı həll təklif edib: "Avropa Birliyi üzvlüklə bağlı danışıqlara başlamaqdansa, ilk növbədə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi imzalamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə