İran, Rusiya və Çin birgə təlim keçirəcəklər

İran, Rusiya və Çin birgə təlim keçirəcəklər

“Tezliklə Körfəzdə İran, Çin, Rusiya, Hindistan, Braziliya, Oman, Cənubi Afrika Respublikası və Pakistanın birgə dəniz təlimi keçiriləcək”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani deyib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Birgə təlimlərdə üç əsas ölkə - İran, Rusiya və Çindir. Hərbi təlimə qonaq qismində ölkələr də dəvət olunub. Pakistan, Braziliya, Oman, Hindistan, Cənubi Afrika Respublikası və Xəzər hövzəsindəki bəzi qonşu ölkələri də müşahidəçi qismində dəvət etmişik”, - deyə İrani bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə