Etna vulkanı yenidən fəallaşıb

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb. SİA xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə edilib. Bölgədə çox sayda vulkanik zəlzələ baş verib. Zəlzələ dəniz səviyyəsindən təxminən 2900 metr yüksəklikdə yerləşən cənub-şərq kraterinin ərazisi ilə məhdudlaşıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanik sarsıntının orta amplitudası artıb, daha da artmaq meyli var. Həmçinin infrasəs aktivliyi də əhəmiyyətli artım göstərir.

Vulkanın ətəyindəki yaşayış məntəqələrinə kül və toz dumanı yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə