Estoniya "yerli ruslardan" ehtiyatlanır...

Estoniyanın baş naziri Kaya Kallas, ölkə hakimiyyətinin Rusiya vətəndaşlığını qəbul etmək üçün deportasiyaya imkan verəcək yol axtardığını təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

Estoniya terrorçuluq təhlükəsini sakinlərin Rusiya vətəndaşlığını qəbul etməsində görürdü.

Bundan əvvəl Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lyaenemets belə bir tədbirin mümkünlüyünü açıqlamışdı. Kallas əmin etdi ki, o, ölkə hökumətinin rəsmi mövqeyini təqdim edir.

Onun sözlərinə görə, Rusiya vətəndaşlığını almaq qərarı bu vətəndaşların lazım gələrsə, ölkə ordusuna qoşulmağa və başqa dövlətə hücumlarda iştirak etməyə hazır olduqlarını göstərir.

...Bu, artıq Estoniya Respublikasının təhlükəsizliyinə təhdiddir və Estoniya dövlətinin diqqətdən kənarda qala bilməyəcəyi çox açıq siqnaldır.

Bunu deyən Kallas əlavə edib ki, deportasiya haqqında qərar konkret şəxsin yaratdığı təhlükənin qiymətləndirilməsi əsasında veriləcək, ona görə də bu faktın müəyyənləşdirilməsi proseduru fərdi olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə