Müharibədə dönüş nöqtəsi ilə bağlı gözlənilməz proqnoz...

Ukrayna Silahlı Qüvvələrinə 120-160 ədəd çoxməqsədli “F-16” lazımdır

...Müasir müharibədə əsas məqam səmada hökmranlıqdır, çünki düşmənə əsas ziyan zərbə təyyarələri vurur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin təlimatçı pilotu, ehtiyatda olan polkovnik Roman Svitan bildirib.

...Quru qoşunlarından istifadə etməzdən əvvəl Ukrayna Silahlı Qüvvələri hava üstünlüyünə nail olmalı, düşmənin hava hücumundan müdafiəsini boğmalı və yalnız bundan sonra yerdə irəliləməyə başlamalıdır. Bunu deyən Svitan, hesab edir ki, bu çatışmazlıq yay əks-hücumları zamanı Ukrayna qüvvələrinin canlı qüvvəsi və texnikasında itkilərə səbəb olub.

...Nə qədər ki, hava üstünlüyü yoxdur, yerdə işlər aparılmamalıdır. Silahlı qüvvələrin hərəkəti olmamalıdır. Bizim hava dəstəyi olmadan hərbi əməliyyatlar aparmağa məcbur olmağımız əslində bizə verilən bütün texnikanın, eləcə də çoxlu sayda şəxsi heyətin məhv edilməsinə səbəb oldu.

Bunu etiraf edən Ukrayna Silahlı Qüvvələrinin polkovniki hesab edir ki, müttəfiqlər müasir aviasiyanı Ukrayna Silahlı Qüvvələrinə keçirənə qədər Ukrayna komandanlığı hücum əməliyyatlarını dayandırmaqla düzgün addım atıb.

O, həmçinin hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinə 120-160 ədəd çoxməqsədli “F-16” lazımdır. Onlar verilən tapşırıqların xarakterindən asılı olaraq hava-hava, hava-yer raketləri və hava bombaları ilə silahlanmalıdırlar.

Bundan əlavə, ümumi aşkarlama, hədəfləmə və izləmə sistemi lazımdır - bu, AWACS-dır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə