...Beynəlxalq bazarda rus rublu heç kimə lazım deyil. Yalnız Rusiya özü ondan Qərbin sanksiyalarından yan keçmək üçün ticarət əməliyyatlarında istifadə edir,

SİA-nın əldə etdiyi məlumata görə, “Unian” qeyd edir ki, bu nəticə Rusiya Federasiyası Mərkəzi Bankı tərəfindən dərc edilən bazar risklərinin icmalı nəticəsində özünü göstərir.

Beləliklə, rublun Rusiya ixracı üçün ödənişdə payı hazırda təxminən 40 faiz təşkil edir ki, bu da müharibədən əvvəlki səviyyədən 10-15 faiz çoxdur. Rusiya idxalı rublla 30 faiz ödənilir ki, bu da müharibədən əvvəlki göstəricilərə uyğundur.

Amma birbaşa Rusiya idxalı/ixracına aid olmayan əməliyyatlarda faktiki olaraq heç kim rubldan istifadə etmir.

“...Ofşor rubl bazarının rolu artır, lakin hələ də məhdud olaraq qalır”.

...Hesabatdan belə çıxır ki, xarici banklar və şirkətlər Rusiya ilə ticarət əməliyyatlarından əldə olunan rublu dərhal başqa valyutaya dəyişməyə çalışırlar və bunu çox vaxt Rusiya maliyyə sistemi daxilində edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə