Zambiyanın mərkəzindəki Kopperbelt əyalətində mis mədəninin çökməsi nəticəsində azı 30 nəfər dağıntılar altında qalıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, DİN rəhbərinin sözlərinə görə, söhbət qanunsuz neft hasilatı ilə məşhur olan regiondan gedir.

Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.

Zambiyanın Mədən və Mineral Ehtiyatlar Nazirliyi Çinqola şəhəri yaxınlığındakı insidentin araşdırılmasının zəruriliyini əsas gətirərək AFP-nin hadisəni şərh etmək istəyini geri çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB