Rusiya neftinin qiymət tavanı ilə bağlı yeni sanksiyalar tətbiq edilib

ABŞ cümə günü Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi ilə əlaqədar Rusiya neftinin qiymətinin məhdudlaşdırılması ilə bağlı əlavə sanksiyalar elan edib.

Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, üç şirkət və üç neft tankerinə qarşı yeni tədbirlər tətbiq edilir.

Sanksiya siyahısına Birləşmiş Ərəb Əmirliklərindən iki və Liberiyadan bir şirkət, habelə onlara məxsus tankerlər əlavə edilib. Onlar Rusiya neftini “qiymət tavanından” yuxarı daşımaqda ittiham olunurlar.

Qeyd edək ki, bundan əvvəl ABŞ BƏƏ-də, eləcə də Türkiyədə qeydiyyatdan keçmiş beş hüquqi şəxsə qarşı oxşar məhdudiyyətlər tətbiq edib.

Xatırladaq ki, keçən ilin dekabrında Avropa İttifaqı və G7 ölkələri dəniz yolu ilə nəql edilən Rusiya neftinin barrelinə 60 dollardan yuxarı qiymət həddini tətbiq ediblər.

Fevral ayından neft məhsullarının qiymətləri də məhdudlaşdırılıb: yüngül neft məhsullarının "tavan" qiyməti barel üçün 100 dollar, ağırlar üçün - 45 dollar...

Moskva isə öz neftini sanksiyalara qoşulmayan ölkələrə aktiv şəkildə satmaqda davam edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə